Liviya sahilləri yaxınlığında tankerdə partlayış baş verib


Agentliyin məlumatına görə, gəminin heyət üzvləri xəsarət almayıb.

Təxminən 1 milyon barel neft daşıyan Vilamoura tankerində Liviyanın sahilləri yaxınlığında partlayış baş verib. Bu barədə Bloomberg agentliyi operator şirkət TMS Tankersə istinadən məlumat yayıb.

Məlumata görə, tanker Yunanıstana çəkilərək aparılacaq və orada mütəxəssislər dəymiş ziyanı qiymətləndirəcəklər. Gəminin heyəti xəsarət almayıb, ətraf mühitin çirklənməsi qeydə alınmayıb.

Partlayışın səbəbləri barədə məlumat verilmir.

Bloomberg qeyd edir ki, tanker apreldən bəri iki dəfə Qazaxıstan neftini daşımaq üçün guya Rusiyanın limanlarına daxil olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu