ABŞ-da yanğınsöndürənlərə snayper hücumu

ABŞ-da yanğın siqnalı əsasında hadisə yerinə çatan yanğınsöndürənlərə snayper hücumu olub. Hücum nəticəsində 2 yanğınsöndürən həlak olub, biri isə ağır yaralanıb.
ABŞ-ın Aydaho ştatında meşə yanğına müdaxilə edən yanğınsöndürənlər silahlı hücuma məruz qalıb. Snayper atəşi nəticəsində 2 nəfər həyatını itirib, bir nəfər ağır yaralanıb.
Rəsmilərin bildirdiyinə görə, yanğının məqsədli şəkildə məhz yanğınsöndürənləri hədəf almaq üçün törədildiyi ehtimal olunur. Kutenay dairəsinin şerifi hadisəni qəsdən qurulmuş pusqu adlandırıb.
Hücum edən şəxs hadisə yerinə yaxın meşəlik ərazidə silahı ilə birlikdə ölü tapılıb. Yanğının qarşısını almaq üçün bölgədə işlər hələ də davam edir.
Hadisə ilə bağlı ABŞ Federal Təhqiqat Bürosu (FBI) istintaqa başlayıb.