ABŞ Rusiyanı Ukraynada atəşkəsə və üçtərəfli danışıqlara çağırıb


ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Rusiyanı vaxtı uzatmaqda ittiham edib.

ABŞ Rusiyanı Ukrayna ilə dərhal atəşkəsə və üçtərəfli danışıqlara başlamağa çağırıb. Bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bəyan edib.

“Biz dərhal atəşkəsə və müharibəyə son qoymaq məqsədilə üçtərəfli danışıqlara keçilməsinə çağırırıq,” – deyə o, X sosial şəbəkəsində yazıb.

Bununla yanaşı, Kelloq Rusiyanı vaxtı qəsdən uzatmaqda ittiham edib, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun danışıqların vəziyyəti ilə bağlı son açıqlamalarını isə “oruellvari” adlandırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu