Uşaqlıqda gender ayrı-seçkiliyi ilə bağlı heyrətamiz araşdırma!


Bir çox ölkədən alınan məlumatlar üzrə aparııan araşdırma uşaqlıqda cinsi ayrı-seçkiliyin beynin bəzi hissələrini zəiflədə biləcəyini ortaya qoydu.


AFN.az "Medical Xpress"ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən nevroloqlar, psixoloqlar və psixi sağlamlıq mütəxəssisləri də daxil olmaqla elm adamları uşaqlıqda cinsiyyətlərinə görə fərqli münasibət və davranışlara məruz qalan qadınların beyninə cinsi ayrı-seçkiliyin mümkün təsirlərini araşdırıblar.

Araşdırmada, 29 ölkədən MRT (Maqnit Rezonans) olan 7 min 876 adamın sağlamlıq məlumatları incələnib. Məlumatları təhlil edilən insanların sosial vəziyyəti və akademik mənşəyi nəzərə alınmaqla, tədqiqatda öz ölkələri ilə bağlı qadınlar arasında gender ayrı-seçkiliyinin dərəcəsini təsvir etmək üçün istifadə edilən bərabərsizlik göstəriciləri də müzakirə edilib.

Tədqiqat belə nəticəyə gəlib ki, bərabərsizlik göstəricisi yüksək olan ölkələrdən olan qadınların üç beyin bölgəsi bərabərsizlik göstəricisi aşağı olan ölkələrin qadınlarından daha nazikdir.

Bərabərsizlik göstəricisi artdıqca beynin sözügedən hissələrinin incəlməsinin artdığını qeyd edən araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu