Küveytdə yeni hökumət and içib


Küveytdə Əhməd Abdulla əl-Əhməd əs-Sabahın rəhbərlik etdiyi yeni hökumət and içib.


Küveytin rəsmi agentliyi KUNA xəbər verib ki, baş nazir Əhməd Abdulla əl-Əhməd əl-Sabah və 13 nazirdən ibarət yeni hökumət Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə and içib.

Küveyt əmiri Sabah andiçmə mərasimindəki çıxışında ədalət, şəffaflıq və dürüstlük prinsiplərini gücləndirmək üçün əvvəllər razılaşdırılmış islahatları davam etdirəcəklərini bildirib.

Vəzifələrinə etinasız yanaşanları məsuliyyətə cəlb edəcəklərini qeyd edən Sabah hökumətdən strateji inkişaf layihələrinin icrasının sürətləndirilməsini, fəaliyyət planı və təqvim əsasında prioritetlərin müəyyənləşdirilməsini, qardaş ölkələrlə diplomatik əlaqələrin gücləndirilməsini və onlarla əməkdaşlıq çərçivələrinin inkişaf etdirilməsini istəyib.

Mayın 12-də Küveytdə qurulan hökumətdə Fəhd Yusuf Səud əl-Sabah baş nazirin birinci müavini, eləcə də müdafiə və daxili işlər naziri, Abdullah Əli Əbdüləh əl-Yəhya isə xarici işlər naziri təyin edilib.

Mayın 10-da Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah parlamentin buraxılması və konstitusiyanın bəzi maddələrinin fəaliyyətinin 4 ildən çox olmayan müddətə dayandırılması barədə göstəriş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu