Küveyt əmiri hökumətin istefasını qəbul etdi
Küveyt əmiri Meşal əl-Cabir əl-Əhməd əs-Sabah parlament seçkilərindən sonra hökumətin istefasını qəbul edib.
Küveyt əmiri Meşal əl-Cabir əl-Əhməd əs-Sabah aprelin 4-də keçirilən seçkilərin nəticələrinin cümə günü açıqlanmasından sonra dünən istefa verən baş nazir Məhəmməd əl-Səlim əl-Sabahın rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.
Əmirin dərc etdiyi fərmana əsasən, istefası qəbul edilən hökumət yeni kabinet formalaşana qədər öz vəzifəsini müvəqqəti olaraq davam etdirəcək.
Ölkədə 18-ci qanunvericilik dövrünün ilk növbədənkənar sessiyasının çərşənbə günü, aprelin 17-də keçirilməsi planlaşdırılır.