İndoneziyada vulkan püskürüb: Manado şəhərində hava limanı bağlanıb


İndoneziyanın şimalında Ruanq vulkanının püskürməsi səbəbindən Manado şəhərindəki Sam Ratulangi hava limanı müvəqqəti bağlanıb.


Manado şəhərindəki Sam Ratulangi hava limanının rəsmilərindən Maya Damayanti İndoneziyanın şimalındakı Ruanq vulkanında baş verən vulkan partlayışı ilə bağlı açıqlama verib.

Damayanti ölkənin şimalındakı Ruanq vulkanında dünən baş verən püskürmə səbəbindən hava limanının müvəqqəti bağlandığını və 15 reysin təxirə salındığını açıqlayıb.

İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari dünən partlayış səbəbilə bölgədən 11 mindən çox insanın təxliyə edilməsinə qərar verildiyini və aprelin 29-dək fövqəladə vəziyyət elan edildiyini açıqladı.

İndoneziya Vulkanologiya və Geoloji Fəlakət Mərkəzi də son 24 saatda ən azı 5 böyük partlayışın baş verdiyini açıqlayıb.

Səlahiyyətlilər həmçinin vulkan xəbərdarlığını ən yüksək səviyyə olan 5-ə çatdırıb.

Sunami xəbərdarlığı edilib, sakinlərə və turistlərə ehtiyatlı olmaq və vulkanın ətrafındakı 6 kilometrlik əraziyə girməmək tövsiyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu