İndoneziyada vulkan püskürməsi səbəbindən Qərbi Sumatradakı hava limanı bağlanıb


İndoneziyada Sumatra adasının qərbindəki Marapi vulkanının püskürməsindən sonra Qərbi Sumatradakı hava limanı müvəqqəti bağlanıb.


Yerli media orqanı Voidotid-in məlumatına görə, ölkənin Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) Marapi vulkanının bu ay ikinci dəfə püskürdüyünü bildirib.

Qərbi Sumatradakı Minanqkabau Beynəlxalq Hava Limanı dünən partlayış səbəbindən müvəqqəti olaraq bağlanıb.

Ölən və ya infrastrukturun zədələnməsi barədə məlumat verilməsə də, ictimaiyyətə və turistlərə zərər çəkmiş ərazilərdə fəaliyyətdən çəkinmələri tövsiyə olunub.

Dekabrın əvvəlində Marapi vulkanının püskürməsi nəticəsində 23 nəfər həyatını itirib, 50 alpinist fəlakət bölgəsindən xilas edilib.

İndoneziyanın Sumatra adasında yerləşən Marapi dünyanın ən aktiv vulkanlarından biri kimi tanınır.

Qeyd edək ki, "Sakit okean atəş halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan mövcuddur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu