Hindistan donanması dəniz quldurları tərəfindən əsir götürülən ekipajı xilas edib


Hindistan Hərbi Dəniz Qüvvələri Ərəb dənizində dəniz quldurları tərəfindən əsir götürülən İran bayraqlı balıqçı gəmisini və 23 pakistanlı ekipaj üzvünü xilas etdiyini açıqlayıb.


Dəniz Qüvvələrinin X sosial media platformasında verdiyi açıqlamada xilasetmə əməliyyatı və xilas edilən balıqçı gəmisi ilə bağlı təfərrüatlar yer alıb.

Açıqlamada İran bayraqlı “FV Əl-Kəmbər” gəmisinin 9 silahlı dəniz qulduru tərəfindən ələ keçirilməsindən sonra xilasetmə əməliyyatı çərçivəsində donanmanın 2 gəmi təyin etdiyi qeyd edilib. Təxminən 12 saat davam edən əməliyyatdan sonra gəmidəki dəniz quldurlarının təslim olduğu və 23 Pakistan vətəndaşından ibarət ekipajın xilas edildiyi bildirilib.

Həmçinin balıqçı gəmisinin təhlükəsiz bölgəyə aparılmaq üçün dəniz qüvvələrinin mütəxəssis qrupları tərəfindən hərtərəfli təmizlik və nəzarətdən keçirildiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu