Çinli balıqçılar Tayvanın nəzarətində olan ərazidə batdılar
Tayvanın nəzarətində olan Kinmen arxipelaqı yaxınlığında Çin balıqçı gəmisi batıb.
Tayvan Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, azı iki ekipaj üzvü həlak olub, daha iki nəfər itkin düşüb.
Agentliyin məlumatına görə, cümə axşamı səhər tezdən Çinin "Minglongyu 61222" balıqçı gəmisi çevrilərək Kinmen adaları yaxınlığında sularda batmağa başlayıb. Hadisə arxipelaqdan 15 dəniz mili (27,8 km) cənub-qərbdə baş verib. Çinin şərqindəki Futszyan əyalətinin Çjançjou şəhərindən olan 6 balıqçı suya düşüb. Xilasetmə əməliyyatı zamanı 4 balıqçı sudan çıxarılsa da, onlardan ikisi ölüb. Daha iki nəfər hələ də itkindir.
Agentliyin məlumatına görə, Tayvan və Çin materiki hadisənin 20 dəniz mili (37 km) radiusunda birgə axtarış-xilasetmə əməliyyatı aparır. ÇXR altı helikopter, həmçinin dəniz xilasetmə gəmiləri göndərib. Agentlik bildirir ki, Tayvanın sahil mühafizəsi xilasetmə əməliyyatlarını həyata keçirmək üçün dörd gəmi göndərib.