Malavi prezidenti daşqınlara görə fövqəladə vəziyyət elan edib


Malavi prezidenti Lazarus Çakvera 2023-cü ilin oktyabrında yağışlı mövsümün başlamasından bəri ölkənin əksər hissəsini təsir edən daşqınlar səbəbindən ölkənin 28 rayonundan 23-də fövqəladə vəziyyət elan edib.



Bu barədə martın 24-də Nyasa Times qəzeti məlumat yayıb.

O, daşqınların nəticələrini öyrənən komissiyanın hesabatı əsasında belə qərar verib.

“Məhz bu hesabata əsasən öz səlahiyyətimlə bu axşam sizin qarşınızda Malavinin 28 ərazisindən 23-də "El Nino" şəraitindən təsirlənən ərazilərdə fəlakət vəziyyəti elan edirəm”, – deyə Çakvera bildirib.

Malavi prezidenti yardım üçün Dünya Bankına və BMT-yə də müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu