Peruda 30 günlük fövqəladə vəziyyət elan edildi


Peruda hökumət zorakılıq və etirazlara görə ölkə daxilində 30 günlük fövqəladə vəziyyət elan edib.


Bu haqda Peru müdafiə naziri Alberto Otarola açıqlama verib:

“Davam edən vandalizm, zorakılıq aktları, magistral yollarda maneələr və yolların bağlanması səbəbindən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilib”.

Qeyd edək ki, Peruda hökumət əleyhinə davam edən etirazlarda minlərlə insan küçələrə axışaraq ölkənin yeni prezidenti Dina Boluartenin istefasını tələb edir. Boluarte nümayişlərin intensivləşməsindən sonra dünən bəzi bölgələrdə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Keçmiş prezident Pedro Kastillonun vəzifədən uzaqlaşdırılmasından sonra baş verən hadisələrdə indiyədək 7 nəfər ölüb, 15 polis əməkdaşı isə atılan partlayıcılarla yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu