Siciliya sahillərində 3 sualtı vulkan aşkar edilib
İtaliyanın Siciliya bölgəsinin cənub-qərb sahillərində aktivliyi hələ müəyyən edilməyən üç sualtı vulkan tapılıb.
ABŞ, İngiltərə, Almaniya, Yeni Zelandiya və Maltanın müxtəlif universitetlərinin tədqiqatçıları Siciliyanın cənub-qərb sahillərində dəniz dibini tədqiq edən tədqiqatçılar apardıqları araşdırma zamanı 3 yeni vulkan aşkar ediblər.
Ətrafdakı dəniz dibindən 150 metr yüksəklikdə aşkar edilən 3 vulkanın ən azı 6 kilometr enində olduğu müəyyənləşib.
Sözügedən vulkanların 2019-cu ildə İtaliya Milli Okeanoqrafiya və Tətbiqi Geofizika İnstitutu (OGS) tərəfindən kəşf edilən vulkanlar seriyasının bir hissəsi olduğu aşkarlanıb.
OGS qrupları iyulun 16-dan avqustun 5-dək bölgədə apardıqları işlər zamanı vulkanik daş nümunələri toplayıb.
Tədqiqatçı Dario Civile bunu "Aralıq dənizinin dibi ilə bağlı mühüm kəşf" kimi qiymətləndirib.
Bölgədə hidrotermal fəaliyyətlər təsbit etdiklərini, lakin vulkanların aktiv olub-olmadığını müəyyən etmək üçün hələ tez olduğunu ifadə edən Sivil, qrupların ilk olaraq toplanan vulkanik daş nümunələrini araşdırmalı və bu çərçivədə seysmik profillər etmələri lazım olduğunu söyləyib.