Ordumuz Naxçıvanda komanda-qərargah təlimi keçirdi


Naxçıvanda komanda-qərargah təlimi keçirilib.


Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, təlimin gedişində hava hücumundan müdafiə bölmələri şərti düşmənin aviasiya vasitələrinin aşkarlanması və izlənməsi üzrə praktiki fəaliyyətləri yerinə yetirib.

Təlimin ssenarisinə uyğun taktiki fəaliyyətlərin praktiki icra mərhələsində xüsusi təyinatlı qruplar tərəfindən düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın keçirilib. Mövqelər ələ keçirildikdən sonra irəliləmə marşrutlarında şərti düşmənin yaxınlaşan ehtiyatlarına pusqular qurularaq hərəkətləri məhdudlaşdırılıb və irəliləməsinin qarşısı alınıb.
Ətraflı



Yaranmış vəziyyətdən yararlanaraq mexanikləşdirilmiş bölmələr artileriya atəşinin dəstəyi ilə düşmənin müdafiəsinin dərinliyinə irəliləyərək əlverişli hədləri ələ keçirib.

Xüsusi təyinatlı, artileriya, hava hücumundan müdafiə, rabitə, təminat və mexanikləşdirilmiş bölmələrin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimdə qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu