Hakerlər "Tesla"ya uzaqdan müdaxilə edə bilər


Bir-birinə zəncirlənmiş üç boşluq səbəbindən zərərli hakerlərin "Tesla"ya uzaqdan müdaxilə edə biləcəyi açıqlanıb.


AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, kiberhücumçular işıqları söndürə, siqnalı işə sala, baqajı aça, şüşə silənləri işə sala və məlumat-əyləncə sisteminə müdaxilə edə bilər.

Dünyada elektrik, avtonom və əlaqəli nəqliyyat vasitələrinə keçiddə ən böyük təhlükələrdən biri bu nəqliyyat vasitələrinin uzaqdan müdaxilələrə açıq ola bilməsidir. Buluddan yeniləmələr ala bilən yeni nəsil elektrik avtomobillərinin də kiberhücumlara məruz qalması mümkündür. Bu modellərin yollara buraxılması prosesində qabaqcıl olan "Tesla"da problemlər ciddi şəkildə gündəmə gəlməyə başladı.

Aprelin 4-də Türkiyədə ofisini açacaq "Tesla" keçən həftə təhlükəsizlik firması "Synacktiv" tərəfindən aşkar edilən kibertəhlükəsizlik zəifliyi ilə üzləşir. Hansı ki, bu zəifliklərin yol verdiyi ən pis ssenari ciddi problemlərə səbəb ola bilər. Avtomobilə edilə biləcək müdaxilələrlə ciddi problemlər yarana biləcəyi düşünülsə, şirkətdən verilən açıqlamada boşluqların ölümcül nəticələrə səbəb ola biləcək sahələrdə olmadığı bildirilib. "Tesla"nın tədqiqatçılarla müzakirələr zamanı bildirdiyinə görə, ola bilsin ki, avtomobil uzaqdan müdaxilə ilə yandırıla və ya sükanı idarə edilə bilməz.

Ancaq tədqiqatçılardan biri olan Eloi Benoist-Vanderbekenin fikrincə, alətə başqa müdaxilələr edə biləcək şəkildə daxil ola bilən kiber hücumçu bu müdaxilələri də edə bilər.

Bu zəifliklərə baxmayaraq, tədqiqatçılar vurğulayıblar ki, "Tesla" avtomobilin sındırılmasını çətinləşdirmək, komponentləri təcrid edən və onlardan birinə müdaxilə etməklə daha yüksək imtiyazlar əldə etməyi çətinləşdirən yetkin bir sandbox sistemi tətbiq etməklə yaxşı iş görüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu