Niderland quru qoşunlarını almanlarla birləşdirir


Niderland üç quru qoşunları briqadasının alman qüvvələrilə birləşdirilməsini başa çatdırmaq üzrədir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, kollektiv Avropa müdafiəsini gücləndirmək üçün nəzərdə tutulan və 8 min nəfərin iştirakı gözlənilən plan 2023-cü ildə yekunlaşacaq.

Birləşmə barədə "Bloomberg" agentliyi Niderland Kral Ordusunun komandanı general Martin Uijnenə istinadən məlumat yayıb. Bildirilir ki, Niderlandın quru qoşunlarının tərkibində olan üç döyüş briqadasından ikisi artıq Almaniya silahlı qüvvələrinə inteqrasiya olunub. 13-cü Yüngül Piyada Briqadası və Bundesverin 10-cu Panzer Diviziyasının da eyni plan üzrə alman qüvvələrinə birləşdirilməsi istiqamətində proses davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu