Hərbi jurnalist informasiya sahəsindəki ajiotajı tənqid etdi: "Məntiqli olun!"


"Xəbərdarlıq edirlər ki, hərbi maşın karvanını çəkmək, paylaşmaq olmaz. Hansı hərbi maşın karvanı? Onu mən niyə görmürəm? Bilərək və ya bilməyərəkdən erməni, bəlkə rus, bəlkə də İranın informasiya müharibəsi oyununa gəlirsiniz, sonra da xəbərdarlıq. Bunun adı "qarğa, məndə qoz var" deməkdir".


AFN.az xəbər verir ki, bunu hərbi yazar Səxavət Məmməd deyib. O, informasiya sahəsindəki boşluqları tənqid edib. "Neçə gündür camaatı gərginlik altında saxlayanlar var ki, bu gün başlayacaq, sabah başlayacaq. Hər şey cəhənnəm, qohum-əqrəbanıza, qonşunuza əsgərlər məzuniyyətə gəlir. Həm geniş miqyaslı əməliyyat anonsu verirsiniz, həm də məzuniyyətə gələn hərbçi qarşılayırsınız. Hanı məntiq?" - deyə S.Məmməd qeyd edib.

Hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini iddia etmədiyinə diqqət çəkən jurnalist bildirib ki, məlumatları ötürən adamlar əməliyyatların (başlayacaqsa-red.) vaxtını biləcək insanlar deyil: "Bu ajiotaj nəyə və kimə lazımdır? İran ordusu hazır vəziyyətə gətirilib. Ancaq bunu da yalnış şərh edirsiniz. İran Azərbaycan sərhədi istiqamətinə ordu cəmləyib. Silahlar Azərbaycan istiqamətə tuşlanıb. Biraz konkret olun!
İran bu addımı atmaqla nəyə nail olur? Məcburən Azərbaycan ordusu da o istiqamətə silah tuşlamalıdır. Yəni, Azərbaycan ordusu artıq 2 yox, 3 istiqamətə silah tuşlamalıdır. Bunun adı həm də qüvvələri parçalamaq deməkdir. İran olacaqların fərqindədir. Ona görə də, bilərəkdən bu addımı atır. İran kimin yanında olduğunu açıq nümayiş etdirir. Azərbaycan İranın bu addımına məhəl qoymamalıdır. Birinci növbədə Qarabağ problemini həll etməlidir.
Vəziyyət son dərəcə gərgindir. Gərginlik artan xəttlə davam edəcək. Separatçı rejim də hazırlıq içindədir, elə Azərbaycan da. Yaxşı edirsiniz, düz edirsiniz, ancaq ajiotajla hazırlıq olmur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu