Dərhal hücum edəcəyik! - İsrail İrana xəbərdarlıq etdi
İrandan humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat çatdırılarsa, İsrailin buna cavabı çox cavab olacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin hərbi mənbələrindən açıqlama verilib. "Əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa hərbi yük göndərərsə, İsrail tərəddüd etmədən hücum edəcək" - deyə açıqlamada bildirilir.
İsrail bəyan edib ki, İranın vəziyyətdən istifadə edərək Bəşər Əsəd rejimi və Livandakı “Hizbullah”a hərbi texnika və silah-sursat göndərmək planlarına dair məlumatlar var. İsrail mənbələri İranın Suriyaya humanitar yardım adı altında artıq bir neçə yük təyyarəsi göndərməsi ilə bağlı məlumatlıdırlar.