Gürcüstanda aksiyaçıların həbsi davam edir


Gürcüstan Daxili İşlər Nazirliyi parlamentin birinci oxunuşda qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı Tbilisidə keçirilən nümayişlərdə 66 nəfərin saxlanıldığını bildirib.


Nazirliyin məlumatına görə, inzibati qaydada saxlanılan aksiya iştirakçıları polisə müqavimət (maddə 173) və xırda xuliqanlıq (166) maddələri ilə məsuliyyətə cəlb olunub.
Bundan başqa, faktla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci bəndi (Polis əməkdaşına, Xüsusi Penitensiar Xidmətin əməkdaşına və ya digər hakimiyyət nümayəndəsinə və ya dövlət müəssisəsinə basəsarətqın etmə) 187-ci maddəsi ilə (əşyanın zədələnməsi və ya məhv edilməsi) cinayət işləri açılıb.
Daxili İşlər Nazirliyi bildirir ki, dinc aksiyanın zorakılığa çevrilməsinə şərait yaradan bütün şəxslərin əməllərinə müvafiq hüquqi qiymət veriləcək.
Məlumatda aksiya iştirakçılarının zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 50-yə yaxın əməkdaşı xəsarət alıb. Nümayişçilər arasında da xəsarət alanlar var.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu