Belarus məhkəməsi Svetlana Tixanovskayanı həbs etdi


Minsk Şəhər Məhkəməsi Belarus müxalifətinin liderlərindən biri, ölkə prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanı qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.


O, həmçinin 11,7 min dollar məbləğində cərimə olunub.
Eyni iş üzrə Müxalifətin Koordinasiya Şurasının üzvləri, keçmiş mədəniyyət naziri Pavel Latuşko 18 il, Mariya Moroz, Olqa Kovalkova və Sergey Dılevski isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq onlar da Tixanovskaya kimi Belarusdan kənarda yaşayır.
Məhkəmə onların hamısını hakimiyyəti ələ keçirməyə cəhddə, ekstremist birləşmə yaratmaqda, hakimiyyəti ələ keçirməyə çağırışda və sosial nifrətin qızışdırılmasında təqsirli bilib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu