Svetlana Tixanovskayanın məhkəməsi başlayır


Yanvarın 17-də Minsk Şəhər Məhkəməsi keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya və müxalifətin koordinasiya şurasının xaricdə olan bir sıra digər üzvlərinə qarşı cinayət işinə baxmağa başlayacaq.


AFN.az-ın məlumatına görə, bu barədə Belarus Ali Məhkəməsi rəsmi açıqlama verib.
“Minsk Şəhər Məhkəməsi 17 yanvar 2023-cü il saat 10:00-dək barəsində xüsusi işin aparılması barədə qərar çıxarılan 11 sentyabr 1982-ci il təvəllüdlü Tixanovskaya Svetlana Georgievnanı cinayət törətməkdə təqsirləndirilən şəxs qismində Minsk şəhəri, Dunin-Martsinkeviç 1, bina 3 ünvanda məhkəməyə çağırır. Təqsirləndirilən şəxsin yanında şəxsiyyətini təsdiq edən sənəd olmalıdır"-deyə məlumatda qeyd edilir.
Həmçinin, bu cinayət işi üzrə məhkəməyə Mariya Moroz, Pavel Latuşko, Olqa Kovalkova və Sergey Dilevski də çağırılıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu