Rusiya öz neftini İspaniya sahillərindəki tankerlər vasitəsilə nəql edir - Bloomberg


Böyük miqdarda Rusiya nefti İspaniya sahillərindən bir neçə mil aralıda tankerlər arasında yüklənməyə davam edir.


AFN.az Bloomberg-ə istinadən xəbər verir ki, bu, hakimiyyət orqanlarının yerli firmalara bu cür fəaliyyətlərin qadağan olunduğunu elan etməsindən cəmi bir neçə həftə sonra baş verib.

Agentlik bildirib ki, dörd böyük xam neft daşıyıcısı və ya VLCC hazırda Şimali Afrikadakı İspaniya anklavı olan Seutada lövbər salıb. Onlarda təxminən 8 milyon barel neft ola bilər. "Veronika" artıq iki kiçik tankerdən yük qəbul edib və indi üçüncü tankerdən neft götürür".

"Bizim beynəlxalq sularda baş verən fəaliyyətlərə nəzarət etmək səlahiyyətimiz yoxdur. Təşkilatımız bu cür fəaliyyətlərin sanksiyaların pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib", - Dəniz Ticarət Baş İdarəsinin sözçüsü durumu şərh edərkən belə deyib.

Bundan əvvəl İspaniya ruslara “qızıl viza” sxemi üzrə yaşayış icazəsi verməsi ilə gündəmə gəlmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu