Qənirə Paşayeva növbəti dəfə Hatay vilayəti üçün yardım kampaniyasına qoşulub - FOTOLAR


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və onun yaxınları qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı növbəti dəfə Hatay vilayəti üçün yardım kampaniyasına qoşulublar.


Komitə sədrinin sözlərinə görə, o, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alıb.

Onlar Osmaniyə vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq uşaq ləvazimatları alaraq Babək prospekti 27-də yerləşən (Doğtaş mebel) Birlik və Dayanışma platformununun yardım məntəqəsində aidiyyəti üzrə təhvil veriblər.

Q.Paşayeva yardım toplama məntəqəsindəki çıxışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirib, AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu