Qənirə Paşayeva Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edən dostlarına təşəkkür etdi


Millət vəkili Qənirə Paşayeva Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edən dostlarına təşəkkür edib.


Millət vəkili bu barədə özünün facebook profilində yazıb:

"Var olun əziz dostlar!

Osmaniyədəki qardaş-bacılarımıza dəstək olduğunuz üçün! Biz birlikdə güclüyük!

Qənirə Paşayeva və könül dostları dəyərlilərimiz Arzu Bağırova, Məleykə Əsədova, Fidan xanım, Afa xanım, Aygün xanım, Zenfira xanım, Gülpəri xanım, İlahə xanım, dəyərli qardaşlarımız Əliş müəllim, Varis müəllim qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı növbəti dəfə Osmaniyə vilayəti üçün yardım kampaniyasına qoşulublar. Komitə sədri və könül dostları Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alaraq, bu gün Osmaniyədə zəlzələdən zərər görənlərə yardımda bulunublar.

Osmaniyə vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq uşaq ləvazimatları alaraq Babək prospekti 27-də yerləşən (Doğtaş mebel) Birlik və Dayanışma platformununun yardım məntəqəsində aidiyyəti üzrə təhvil veriblər".

Q.Paşayeva yardım toplama məntəqəsindəki çağırışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirərək, yenidən çağırış edib və AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu