Yaponiya və Çin təhlükəsizlik məqsədilə birgə fəaliyyət göstərəcək


Yaponiya və Çin təhlükəsizlik məqsədilə bəzi sahələrdə birgə fəaliyyət göstərəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, hər iki ölkə yaxın aylarda birbaşa təhlükəsizlik rabitə xətti yaratmağı planlayır.

Bu barədə həm Yaponiya, həm Çin müdafiə nazirliklərinin yüksək rütbəli nümayəndələri arasında baş tutan danışıqlardan sonra birgə qərar qəbul edilib. Yaponiya Çini pilotsuz kəşfiyyat balonları ilə hava məkanını pozmamağa, vəziyyəti incələməyə və qabaqlayıcı tədbirlər görməyə çağırıb. Prosesin davamında hər iki ölkənin yüksək vəzifəli rəsmiləri təhlükəsizlik danışıqları üçün yenidən bir araya gələcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu