Blinken Yaponiya XİN rəhbəri ilə Yaxın Şərq, Ukrayna və Cənubi Çin dənizindəki vəziyyəti müzakirə edib


ABŞ dövlət katibi Antoni Blinken yanvarın 12-də Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə görüşüb və qlobal sülh, təhlükəsizlik və rifahın təşviqində güclü ABŞ-Yaponiya müttəfiqliyinin həyati əhəmiyyətini bir daha təsdiqləyib.


Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilir.

Qeyd olunur ki, Blinken yanvarın 1-də İşikava prefekturasında baş vermiş zəlzələ nəticəsində həlak olanlar, eləcə də yanvarın 2-də Tokionun Haneda hava limanında Yaponiya Sahil Mühafizəsinin təyyarəsi ilə sərnişin təyyarəsinin toqquşması ilə bağlı başsağlığı verib.

“Dövlət katibi Blinken və xarici işlər naziri Kamikava Yaxın Şərqdəki vəziyyəti, iki ölkənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini, Tayvan boğazı boyunca və Cənubi Çin dənizində sülh və sabitliyin qorunmasının vacibliyini müzakirə etdilər. Onlar həmçinin qadınlar, sülh və təhlükəsizlik təşəbbüsləri üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər”, - Metyu Miller açıqlamasında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu