Yaponiyanın xarici işlər naziri Ukraynaya gözlənilməz səfər edib
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava yanvarın 7-də elan olunmamış səfərlə Ukraynaya səfər edib.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.
Qeyd olunur ki, Kamikava Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüş keçirib.
Xarici işlər naziri Kamikava Ukraynaya səfəri zamanı Ukrayna tərəfinə bir daha təsdiqləyib ki, Yaponiyanın mövqeyi dəyişməzdir.
Bundan əlavə, Yaponiya Tokioda keçirilməsi planlaşdırılan “İqtisadi Yenidənqurmanın Təşviqi üzrə Yaponiya-Ukrayna Konfransı” vasitəsilə dövlət və özəl sektora dəstək verəcək.