Putin yüz minlərlə insanı müharibəyə cəlb edəcək


Rusiya prezidenti Vladimir Putin daha yüz minlərlə rusiyalını orduya səfərbər etməyi planlaşdırır.


ABŞ kəşfiyyatının məlumatına görə, o, bunu “Rusiyanı NATO-nun nəzarətinə keçməkdən qorumaq və tarixi torpaqları bərpa etməklə” motivasiya edəcək.
AFN.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Qeyd edilir ki, bu bəyanat avropalılar üçün mənasız olsa da, Moskvada birləşdirici şüara çevrilib.
“ABŞ-ın kəşfiyyat rəsmiləri deyirlər ki, onun (Putin-red.) tezliklə orduya daha çox rus əsgərini cəlb edə biləcəyinə dair sübutlar əldə edir. Artıq orduya çağırılmış 300.000-ə yüz minlər də əlavə edilir”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu