Stoltenberq: "Rusiya Ukraynada uzun sürən müharibəyə hazırlaşır"
Rusiya Ukraynada uzun sürən müharibəyə hazırlaşır.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “France24“ə müsahibəsində deyib. Onun sözlərinə görə, NATO müttəfiqləri Ukraynaya silah göndərməyə davam etməlidir.
Baş katib Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı məqsədindən əl çəkməsi ilə bağlı bir işarənin olmadığını bildirib.
“Biz Rusiyanı aşağı qiymətləndirməməliyik. Rusiya uzun müharibə planlaşdırır. Biz görürük ki, onlar daha çox qüvvə səfərbər edirlər, çoxlu itki verməyə hazırdırlar, daha çox silah və sursat əldə etməyə çalışırlar.
Başa düşməliyik ki, prezident Putin uzun müddət bu müharibədə olmağa və yeni hücumlara başlamağa hazırdır”, - deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, əksər müharibələrdə olduğu kimi, Rusiya-Ukrayna münaqişəsi də danışıqlar masası arxasında bitəcək.
Stoltenberq, hər hansı həll yolunun Ukraynanın suveren, müstəqil dövlət kimi qalib gəlməsini şərtləndirdiyi vurğulayıb:
“Buna nail olmağın ən sürətli yolu Ukraynaya hərbi dəstək verməkdir ki, prezident Putin döyüş meydanında qalib gələ bilməyəcəyini başa düşsün ki, ancaq masaya oturub vicdanla danışıqlar aparmalıdır”.