NATO Baş katibi: Rusiya Ukraynada qalib gəlsə, dünyanı ciddi fəlakət gözləyir
“Rusiya Prezidenti Vladimir Putin müharibədə qalib gəlsə, bu, təkcə Ukrayna deyil, bütün dünya üçün pis olacaq”.
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 11-də Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, Rusiya qalib gəlsə, dünyanı ciddi fəlakət gözləyir: “Dünya daha təhlükəli olacaq. Ona görə də biz Ukraynanı güclü şəkildə dəstəkləyirik”.
Y.Stoltenberq, həmçinin qeyd edib ki, əslində, müharibə 2022-ci ildə deyil, 2014-cü ildə başlayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.