Baş katib: “Müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mühüm qərarlar qəbul edəcəklər”

“Müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mühüm qərarlar qəbul edəcəklər”.
“Report” xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq iyulun 11-də Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, Ukrayna NATO standartlarına yiyələnmək istiqamətində mühüm irəliləyiş əldə edib: “Kiyev artıq bunu sübut edib”.