Stoltenberq: "Moskva Ukraynanın NATO-ya üzv olmasına mane ola bilməz"
NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı Osloda NATO xarici işlər nazirlərinin iclası çərçivəsində jurnalistlərə bildirib ki, Moskva Ukraynanın NATO-ya üzv olmasına mane ola bilməz.
AFN.az Reuters-ə istinadən xəbər verir ki, Stoltenberq “Bütün müttəfiqlər razılaşarlar ki, Moskvanın NATO-nun genişlənməsinə qarşı veto hüququ yoxdur”, -deyə bildirib: “Biz hərəkətdəyik və bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olamasına razıdılar”.
Stoltenberq həmçinin Rusiyanı Kiyevə qarşı hərbi əməliyyatlardan çəkindirmək üçün nəzərdə tutulmuş təhlükəsizlik zəmanətləri sisteminin yaradılmasına çağırıb.
O, təfərrüatların hələ işlənmədiyini bildirib.
Vilnüs sammitində NATO liderləri Kiyevə güclü dəstək siqnalı vermək niyyətindədirlər.
Kiyev və onun Şərqi Avropadakı ən yaxın müttəfiqləri Ukraynanı üzvlüyə yaxınlaşdırmaq üçün konkret addımlar atmağa çağırsalar da, ABŞ və Almaniya kimi Qərb hökumətləri alyansı Rusiya ilə müharibəyə yaxınlaşdıra biləcək hər hansı addımdan ehtiyatlanırlar.