NATO-nun Baş katibi: “Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıyıq”
“Ukraynada uzunmüddətli müharibəyə hazır olmaq lazımdır”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin öz məqsədlərindən əl çəkdiyini göstərən heç bir əlamət yoxdur.
Baş katib xatırladıb ki, müttəfiqlər Rusiyanı qiymətləndirməlidir: “Onlar səfərbər olmağa davam edir, əlavə avadanlıq və texnologiya əldə etmək üzərində işləyirlər”.
Y.Stoltenberq vurğulayıb ki, Ukraynaya dəstək verdiklərinə görə müttəfiqlərin hərbi ehtiyatları tükənib.
Baş katib eyni zamanda dünya ölkələrini Ukraynaya dəstəyi davam etdriməyə çağırıb.