Zəlzələdən sonra Karasu çayı daşdı: Evlər, yollar, əkin sahələri su altında qalıb-FOTOLAR


Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Antakyanın Aşağıoba Mahalının çölündən keçən Karasu çayının su səviyyəsi qalxıb.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatayın Antakya rayonunda Karasu axınının səviyyəsinin qalxması səbəbindən ətrafdakı bəzi binalarda və əkinçilik sahələrində daşqınlar baş verib. Daşqın nəticəsində dağılmış bəzi binaların, evlərin zirzəmilərinin, yolların və kənd təsərrüfatı sahələrinin qalıqları su altında qalıb. Bölgədə Hatay Hava Limanına nəqliyyatı təmin edən magistral seldən təsirlənməyib.


























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu