Bolqarıstanda daşqın: 2 nəfər ölüb
Bolqarıstanın Qara dəniz sahilindəki Burqas şəhəri güclü yağışdan sonra su altında qalıb. Hadisə nəticəsində Tsarevo qəsəbəsində 2 nəfər həyatını itirib.
Güclü yağış bu gün Bolqarıstanın Qara dəniz sahillərinin bəzi bölgələrində təsirli olub.
Ölkənin şərqindəki Burqas şəhərinin Tsarevo qəsəbəsində yağışların səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər həyatını itirib, bölgədə fövqəladə vəziyyət elan edilib.
Tsarevo meri Georgi Lapçev yerli kanala açıqlamasında vəziyyətin çox ciddi olduğunu bildirib. "Biz Tsarevoda 2 nəfərin öldüyünü təsdiqləmişik" - deyə o bildirib.
Su basan yaşayış məntəqələrində 60 nəfərin təxliyə edildiyi bildirilərkən, qəsəbədə yağan yağışların 5 gün ərzində təsirli olacağı bildirilib.
Bildirilib ki, binalarda və otellərdə daşqınlar olub, körpü və yolların infrastrukturuna böyük ziyan dəyib.
Sahil bölgələrində yollar və nəqliyyat vasitələri su altında qalıb, Varvara-Burqas yolunun bir hissəsi su basması səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb.
Bolqarıstan Meteorologiya Bürosu tərəfindən şəhərdə gözlənilən şiddətli yağış və külək səbəbiylə həyəcan siqnalı narıncıya, bəzi bölgələrdə isə sarıya yüksəlib.