Bolqarıstanda daşqınlar nəticəsində 2 nəfər ölüb


Bolqarıstanın cənub-şərqində leysan yağışların səbəb olduğu sel nəticəsində 2 nəfər həyatını itirib, itkin düşən 3 nəfərin axtarışları davam edir.


Bolqarıstan Xəbər Agentliyinin (BTA) xəbərinə görə, Baş nazir Nikolay Denkov ölkənin Qara dəniz sahilindəki Tsarevo şəhərində daşqınların insan tələfatına səbəb olduğunu açıqlayıb.

Denkov bölgədəki vətəndaşların təxliyə edildiyini və bunun təhlükəli olduğu səbəbi ilə bölgədə çimməmək barədə xəbərdarlıq edildiyini bildirib.

Sel nəticəsində 2 nəfərin həyatını itirdiyini qeyd edən Denkov, 3 nəfərin itdiyini bildirib.

Baş nazir Denkov, son 24 saatda yağıntı miqdarının aylıq ortalamanın 3-4 qat artdığını deyib.

Bolqarıstan polisindən bildirilib ki, 112 fövqəladə qaynar xəttinə daşqınlar səbəbindən çətin vəziyyətdə olan insanlar barədə çoxlu məlumat daxil olub.

Qeyd olunub ki, seldə itən 3 nəfərin axtarışları davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu