Yasamalda tikilən çoxmərtəbəli bina narahatlıq yaratdı - FOTO


Türkiyədə baş verən, böyük dağıntıya səbəb olan zəlzələ Azərbaycanda, xüsusilə paytax Bakıda tikilən binaların davamlılığı məsələsini gündəmə gətirib.


Artıq günlərdir bu mövzuda müzakirələr gedir. İstər ekspertlər, istər vətəndaşlar paytaxtın müxtəlif ərazilərində yerləşən binalarla bağlı həyəcan təbili çalırlar. AFN.az xəbər verir ki, belə narahatlıqlardan biri də Yasamal rayonunda, Məhsul stadionu yaxınlığında hazırda inşa edilən bina ilə bağlı gündəmə gəlib. Sosial şəbəkələrdə binanın fotosunu paylaşan vətəndaşlar tikilinin dayaqlarının yuxarı mərtəbələrə ucaldıqca nazildiyini bildiriblər.
"Sualım memar və tikintidən başı çıxanlaradır. Yasamalda "Məhsul" stadinonun yanında çoxmərtəbəli bina tikilir. Diqqətlə baxanda görünür ki, beton kalonların eni yuxarı qalxdıqcan daralır. Bu hesabla sonuncu mərtəbədə 5 sm olacaq. Qaydalara görə belə olmalıdır? Ya şirkət qənaət edir?" - deyə universitet müəllimi Bahadur Bilalov bildirib.
Ümid edirik ki, həmin binanı tikən şirkət suala aydınlıq gətirəcək. Tikilinin görüntüsünü təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu