Rusiya hərbçilətinin meyitləri bu ərazidə yandırılır


Rusiya hərbçilətinin meyitləri bu ərazidə yandırılır


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi məlumata görə, Rusiya ordusu verdiyi itkiləri gizlətmək üçün öz əsgərlərinin meyitlərini yandırır. "Düşmən itki verməkdə davam edir. Ona görə də, muxtariyyətin müvəqqəti işğal olunmuş ərazisinin Simferopol rayonunun Krasna Zorka qəsəbəsi ərazisində düşmən ölü sayını gizlətmək üçün yandırma üsulundan istifadə edir.
Yerli krematoriyanın yaxınlığında 10-a qədər hərbi maşınların daimi növbəsi var. İşğalçılar bu yük maşınlarından ölmüş rus hərbçiləri və muzdluları gətirmək üçün istifadə edirlər. Kremasiya sutka ərzində 24 saat həyata keçirilir", - Baş Qərargah açıqlamasında belə qeyd edilir.
Eyni zamanda, onlar mülki şəxslərə kremasiya xidmətinin göstərilmədiyini bildiriblər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu