Zelenski jurnalistə kobudluq edən naziri işdən qovdu


Ukrayna mediası Prezident Zelenskinin müdafiə naziri Aleksey Reznikovu istefaya göndərmək istəyinin səbəblərini açıqlayıb.


AFN.az xəbər verir ki, müdafiə nazirinin dövlət başçısının qəzəbinə tuş gəldiyi bildirilir. Prezident Aparatındakı mənbənin bildirdiyinə görə, Aleksey Reznikovun ordu üçün məhsulların alış qiymətlərinin çox şişirdilməsi ilə bağlı mətbuatda gedən məlumata reaksiyası ona az qala nazir kreslosu bahasına başa gəldi.
Prezident Vladimir Zelenski müdafiə naziri Aleksey Reznikovun ordu üçün slınan ərzaq məhsullarının bahalaşması ilə bağlı məlumat verən nəşrə reaksiyasından qəzəblənib. Bu barədə Prezidentin Ofisindəki yüksək vəzifəli mənbə bildirib . "Əvvəlcə Reznikov ayağa qalxdı və jurnalistlərin üstünə getməyə başladı, onları istintaq və təqiblə hədələdi".
Bu davranış dövlət başçısının xoşuna gəlməyib: "Onun fikrincə, nazir öz səhvlərini etiraf etməli və ittihamların mahiyyətini anlamağa çalışmalıdır. Buna görə də Zelenski fraksiyanı toplayıb Reznikovun vəzifədən kənarlaşdırılması üçün səslərin olub-olmadığını öyrənməyi tapşırıb”, - mənbə bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu