Ukraynanın müdafiə naziri istefaya göndərilir


Ukrayna hakimiyyətində növbəti kadr dəyişikliyi gözlənilir. Müdafiə naziri Aleksey Reznikov istefaya göndəriləcək. Bu vəzifəyə Ukrayna Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsinin hazırkı rəhbəri Kiril Budanov gətiriləcək.


AFN.az-ın məlumatına görə,bu barədə Ukrayna Ali Radasındakı “Xalqın Qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya özünün “Telegram” kanalında açıqlama verib. "General-mayor Kirill Budanov Müdafiə Nazirliyinə rəhbərlik edəcək, bu, müharibə dövrü üçün tamamilə məntiqlidir”.
Araxamiya onu da bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri postunu ötən ilin iyulundan bu postu icra edən Vasili Malyuk tutacaq. Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsinə də yeni kadr gətiriləcək. Helikopter qəzası nəticəsində həlak olmuş Denis Monastırskinin yerinə onun müavini İqor Klimenko təyin ediləcək.
“Məntiq eynidir. İndiki mərhələdə hüquq-mühafizə orqanlarına siyasətçilər deyil, adi təhlükəsizlik məmurları rəhbərlik etməlidir”, -deyən Araxamiya təyinatların rəsmən elan ediləcəyi vaxtı açıqlamayıb.
Qarşıdan gələn istefa və elan edilən yeni təyinatı şərh edən Aleksey Reznikov bildirib ki, indiyədək bu barədə ona heç kim məlumat verməyib.
Müdafiə naziri əlavə edib ki, Ukrayna Prezidenti və ya Baş nazir ona sənayenin strateji sahələri üzrə nazir olmağı təklif etsəydi, bundan imtina edərdi. Çünki onun bu vəzifədə keyfiyyətli işləmək üçün kifayət qədər bacarığı yoxdur.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu