Tanınmış jurnalist "Azəriqaz"ı yerdən yerə vurdu - VİDEO


Tanınmış jurnalist Arifə Əliyevə bir sutkadır evində qaz olmadığını bildirib.


AFN.az xəbər verir ki, sosial şəbəkədə video paylaşan jurnalist dünəndən yaşadığı binaya qaz gəlmədiyini deyib. Onun sözlərinə görə, təbii yanacaq dünən gün ərzində tez-tez kəsilib təzədən gəlsə də, vəziyyətdən axşam saatlarında mənzilini istiliklə təmin edən kombinin xarab olması nəticəsində xəbərdar olub.
"Gecədən bəri evimiz buzxanadır. Mən gecə körpə uşağımı qalın geyimlə, başında papaq yatırtmışam. "Azəriqaz"a hər il dövlətdən filan qədər pul ayrılır, qazın qiymətini kəllə-çarxa qaldırıblar, heç olmasa fasiləsiz təminatı təmin etsinlər. Bir gün qazın pulunu verməsək, yaxud sayğacımıza qaz yükləməsək, dərhal kəsərlər qazımızı. Bəs biz indi nə edək, hüquqlarımızı necə müdafiə edək? Mənə dəyən zərəri kim ödəyəcək" - deyə jurnalist AFN.az-a açıqlamasında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu