İsrail-Fələstin müharibəsi başlayandan bəri 16 jurnalist öldürülüb
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) İsrail-Fələstin müharibəsi başlayandan bəri ən azı 15 jurnalistin, o cümlədən 11 fələstinli, üç israilli və bir livanlının öldürüldüyünü bildirib.
Çərşənbə axşamı səhər saatlarında İsrailin Qəzza zolağının şimalında həyata keçirdiyi hava hücumunda daha bir fələstinli jurnalist həlak olub və bununka da münaqişədə həyatını itirən mətbuat nümayəndələrinin sayı 16-ya çatıb.
CPJ-nin məlumatına görə, səkkiz jurnalist yaralanıb, üç jurnalist itkin düşüb və ya saxlanılıb.