2023-cü ildə öldürülən hər 4 jurnalistdən 3-ü Qəzzada həyatını itirib


ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 2023-cü ildə dünyada öldürülən hər 4 jurnalistdən ən azı 3-nün Qəzza hadisələri zamanı öldüyünü açıqlayıb.


CPJ-nin hesabatında qeyd olunub ki, ötən il dünyada törədilən 99 jurnalist və media işçisi qətlinin ən azı dörddə üçü (69) Qəzza zolağındakı münaqişədə baş verib.

Xəbərdə İsrailin raket və snayperlərinin hədəfi olan jurnalistlərin əksəriyyətinin Fələstin əsilli olduğu ifadə edilib: "3 ayda qarşıdurmalarda həyatını itirən jurnalistin bir ildə bir ölkədə öldürülməsindən daha çox jurnalist həyatını itirdi".

Hesabatda bu sayın 3 livanlı və 2 israilli jurnalistin olduğu, Qəzzada öldürülən çoxlu jurnalistin ailələrinin də onlarla birlikdə həyatını itirdiyi qeyd edilib.

İsrail hərbi rəsmiləri jurnalistləri hədəfə almasını qəti təkzib ediblər və ya mətbuat nümayəndələrinin qətlini araşdırarkən az məlumat veriblər.

Hesabatda 2023-cü ildə öldürülən jurnalistlərin sayının 2022-ci illə müqayisədə təqribən 44 faiz artaraq 2015-ci ildən bəri ən yüksək rəqəmə çatdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu