Həyatını itirən fələstinlilərin sayı 8 min 5-ə yüksəldi
Qəzza zolağında ölənlərin sayı 302 artaraq 8 min 5-ə çatıb.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra mətbuat konfransında bildirib ki, Qəzzada son 24 saat ərzində daha 302 nəfər həlak olub.
Qudra 7 oktyabrdan bəri Qəzzada həyatını itirənlərin sayının 3 min 342-si uşaq, 2 min 62-si qadın olmaqla 8 min 5-ə, yaralananların sayının isə 20 min 242-yə yüksəldiyini qeyd edib.
Qəzzadakı hücumlarda həyatını itirənlərlə yanaşı, işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumlarında 111 fələstinlinin öldüyü, 1900-dən çox insanın isə yaralandığı bildirilib.
Bombardmanlar nəticəsində münaqişə bölgələrində 25 jurnalist həyatını itirib.