Türkiyədə daha bir sahibkar həbs olundu - Tikdiyi 12 mərtəbəli binadan cəmi 2 nəfər sağ çıxdı


Zəlzələnin baş verdiyi Qaziantepdə 12 mərtəbəli “Emre Apartaman” yalnız 2 nəfər sağ çıxaraq xilas edilib.


22 mənzil və 12 mərtəbədən ibarət olan bina “dönmə” adlanan üsulla dağılıb və onun dağılma səbəbi olaraq sütunların kəsilməsi iddia olunub.

“Emre Apartments”ın tikinti sahəsinin müdiri və texniki nümayəndəsi olan Nəzmi Tosuna qarşı ittiham irəli sürülüb və istintaq başladılıb.

Polis Qaziantep Prokurorluğunun göndərdiyi təlimatla Tosunu İstanbulun Ümraniye rayonunda tapıb və bu gün səhər saatlarında keçirilən əməliyyatla yaxalanıb. Nəzarətə alınan şübhəli səhhəti yoxlanıldıqdan sonra polis bölməsinə aparılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu