Türkiyədə dağılan binalardan daha birinin podratçısı saxlandı


Türkiyədə baş verən güclü zəlzələdə dağılan binaların podratçılarıb saxlanılması istiqamətində proses davam edir.


AFN.az xəbər verir ki, bu dəfə Qaziantepdə çökən "Ayşe Mehmet Polat" sahəsinin podratçısı saxlanılıb. Binanın podratçısı və texniki nümayəndəsi Mehmet Ertan Akay İstanbulda saxlanılaraq istintaqa cəlb ediliblər.

Qeyd edək ki, dünən Hatay şəhərində zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı xaricə qaçmaq istəyərkən yaxalanıb. Podratçı Mehmet Yaşar Coşqun İstanbul Hava Limanından Monteneqroya qaçarkən saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu