Türkiyədə zəlzələ cinayətləri üzrə yeni idarələr yaradılır
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərər görmüş vilayətlərdə Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələri yaradılır.
AFN.az xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyi Kahramanmaraşda zəlzələdən zərər çəkmiş vilayətlərin prokurorluqlarına Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələrinin yaradılması üçün göstəriş verib. Yeni yaradılan idarələr dağılan binalara görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi istiqamətində, həmçinin fakt və dəlillərin yox edilməməsinə qarşı tədbirlər həyata keçirəcək.
Qeyd edək ki, Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı 41 nəfər artıq saxlanılıb. Onlardan bəziləri ölkədən qaçmaq ərəfəsində tutulublar.