Zəlzələdə dağılan binanın podratçısı Türkiyədən qaçarkən saxlanıldı
Türkiyənin Hatay şəhərində zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı xaricə qaçmaq istəyib.
AFN.az-ın xəbərinə görə, bununla bağlı Türkiyə mediası məlumat yayıb. Ppodratçı Mehmet Yaşar Coşqun İstanbul Hava Limanından Monteneqroya qaçarkən saxlanılıb. Özü ilə götürmək istədiyi xeyli pulla birgə keçirilən iş adamı İstanbul Hava Limanı Polis İdarəsinə sövq edilib.
İstintaq əməliyyatı davam etdirilir.