Əkrəm İmamoğlundan "İstanbul zəlzələsi" açıqlaması: Özümüzə tabutlar düzəltmişik...


"Kaş ki, bütün istanbullulara buradan gecələr rahat yatsınlar deyə biləydim. Özümüzə bina tikmədik, tabutlar düzəltdik. Bu gün onun acısını yaşayırıq".


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu zəlzələ zonası ilə bağlı təəssüratlarını bölüşərkən deyib. İmamoğlu İstanbulda gözlənilən böyük Mərmərə zəlzələsi ilə bağlı atılan addımlarla bağlı açıqlamalar da verib.

"İstanbul 1999-da zəlzələni dərindən hiss etdi və yaşadı. Bu ilin avqustunda 24 il olacaq. 24 ildir İstanbul üçün zəlzələnin nə demək olduğu bilinir və o vaxtdan bəri dəfələrlə yol xəritələri çəkildi. Biz gəldiyimizdə ilk işimiz mövcud zəlzələ hesabatlarını araşdırmaq, İBB tərəfindən hazırlanan hesabatları təhlil etmək, tapıntıları incələmək oldu. Bu mövzuda İstanbulla bağlı hansı yol xəritəsini çəkə bilərik və bunu gələcək strategiya kimi necə təqdim edə bilərik deyə çalışdıq. Böyük bir zəlzələ seminarı keçirdik. Ortaq masada təhlillərimizi gücləndirdik. Qənaətimiz budur: Təəssüf ki, İstanbul 21 ildə layiq olduğu səviyyəyə yüksəlməyib. Aşdırmalarımızla 90.000-dən çox uçmaq təhlükəsi olan və sökülməli olan binanın olduğunu ictimaiyyətlə bölüşdük".

İmamoğlu bildirib ki, fevralın 6-da baş verən zəlzələdə çox sayda insan tələfatı heç də birbaşa təbii fəlakətlə bağlı deyil: "Məsələ burasındadır ki, biz özümüz üçün bina tikməmişik, tabut hazırlamışıq. Biz bu gün bunun əziyyətini çəkirik. Düzgün texnologiya ilə tikilən heç bir bina insanın həyatı bahasına başa gəlməyəcək, bəlkə də zədələnəcək, amma ölümə səbəb olmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu