Nazirliyin terror hesabatından sonra Əkrəm İmamoğlundan ilk açıqlama


Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Böyük Bələdiyyəsi ilə bağlı terror araşdırması hesabatını İstanbul Baş Prokurorluğuna təqdim edib. Məsələ ilə bağlı İBB sədri Əkrəm İmamoğlu ilk açıqlamasını verib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə işə götürülən bəzi kadrların terrorla əlaqəsi olduğu iddiası ilə istintaq başladılıb. İstintaq çərçivəsində Daxili İşlər Nazirliyi araşdırmasını yekunlaşdırıb. Nazirlik müfəttişləri tərəfindən hazırlanan 578 səhifəlik akt prokurorluğa təqdim edilib. Saraçhanədəki mətbuat konfransında danışan İmamoğlu, "Başqanımız da bildirib, dünəndən etibarən saxta terror ittihamı ilə prokurorluğa müraciətdir. Bir neçə gün əvvəl məlum nazir çıxıb dedi ki, belə olarsa görəvdən alaram, filan olsa almaram. Bu nə təkəbbür, nə biganəlik?! Təyin edilmiş şəxsin belə işlərə qarışması, münasibət bildirməsi əbəsdir. Ox yaydan çıxıb, bu məmləkətdə dəyişikliklər olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu